Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımının 21-ci ildönümü anılıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faciə yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan, oğul?” əsəri əsasında səhnələşdirilmiş “Əcəl atı” tamaşası ilə yad edilib.
Tamaşadan əvvəl səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu Xocalı soyqırımı haqqında danışıb. Daha sonra tamaşa nümayiş olunub. Yüksək vətənpərvərlik ruhunda qələmə alınmış tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir. Rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev və başqaları canlandırıblar.
Tamaşanı Baku Modern School, Dəniz akademiyası , Pedaoqoji universiteti və Yasamal rayonu 153 saylı məktəbin şagirdləri izləyiblər.