Xalq artisti, əfsanəvi “Qaya” qrupunun solisti Rauf Babayevin səhhətində ciddi problem yaranıb. Lent.az-ın xəbərinə görə, bu barədə aznews.az məlumat yayıb. Xalq artisti dünən axşam yüksək təzyiq diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 77 yaşlı xalq artisti bir müddət öncə infarkt keçirib.