Xalq şairi Vaqif Səmədoğlu sabah dəfn ediləcək.
Lent.az-ın "Kulis.Az"a istinadla xəbərinə görə, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Rauf Aslanovun məlumatına görə, bu gün şairin AYB xəttiylə çap edilən ikicildliyinin siqnal nüsxəsi şairin ölümündən bir az əvvəl ona təqdim olunub.
APA-nın xəbərinə görə, Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Mərasim saat 14.00-da başlanacaq.
Vaqif Səmədoğlunun 1-ci Fəxri Xiyabanda dəfn edilməsi gözlənilir.