Türklüyün qalasında qürur günləri
26 dekabr 2012 16:57 (UTC +04:00)

Türklüyün qalasında qürur günləri

...Bu konsertdən üç gün əvvəl Naxçıvan daha geniş, bu dəfə beynəlxalq tədbirə ev sahibliyi eləmişdi. Həmin konsertdən üç gün sonrasa - artıq mən Bakıda olanda paytaxtda keçirilən bir tədbirin sorağını aldım...

 

***

...Səfərimiz üç gün çəkdi. Səfərdən bir neçə gün əvvəlsə Şəmistan Əlizamanlının konsertdə oxuyacağı mahnılarından ibarət diski Naxçıvana göndərilmişdi. Naxçıvan Filarmoniyasının Simfonik Orkestrinin və xorunun bu mahnıları məşq eləməsi üçün. Musiqiçi olmasam da, vallah, belə məsələlərə az-çox bələdəm. Bilirəm ki, 15-16 mahnının iki gün ərzində həm sifmonik orkestrlə, həm xorla məşqi hər orkestrin işi deyil. Ancaq "Gənclik Mərkəzi"nin salonunda məlum oldu ki, qısa müddətə nəinki hər şey hazırdı, hətta Əlizamanlının hamımıza tanış olan məşhur mahnıları ilk dəfə olaraq nota köçürülüb, orkestrin bütün üzvlərinə təqdim edilib. Orada olduğumuz üç gün ərzində mən bu tədbirin təşkilatçılarının, musiqiçisindən, tələbəsindən tutmuş hər bir insanın vətənpərvərliyindən, torpağa, millətə, dövlətə bağlılığından qürur duydum. Bu konsertdə Azərbaycanın Milli qəhrəmanları xatırlandı, onların adları, əməlləri anıldı, bütün zal ayağa qalxıb, bəlkə də bütün türk dünyasında məşhur olan mahnıları solistlə birgə ifa elədi. Və elə konsert təzəcə başa çatmışdı ki, hərbi hissələrin birindən "əsgərlər Əlizamanlını gözləyir" mesajı ilə həmin gün daha bir görüşün iştirakçısı olduq.

 

Bütün bunları heç kim heç kimə məcbur eləmirdi. Çünki elə şeylər var ki, Naxçıvanda həqiqətən, məcburidir. Burada qanunlara riayət, keçmişinə, xalqın adət-ənənəsinə hörmət eləməlisən; burada şəxsi mənafeyini dövlətin, millətin mənafeyindən üstün tuta bilməzsən; burada Naxçıvanın böyük Türk dünyasının qalası, Azərbaycanın vuran ürəyi olduğunu həmişə yadda saxlamalısan. Hər dəfə bu yurd yerinə gedəndə həmişə bir mühüm həqiqətə yenə inanıram: Naxçıvana xoş niyyətlə, qərəzsiz, xalqın, dövlətin haqqını öz haqqından yüksək tutaraq getməlisən. Vallah, burada heç kimi qanundan kənar heç nəyə vadar eləmirlər. Sizcə, bunlara əməl eləmək belə çətin məsələdi?

 

...Dediyim kimi, Şəmistan Əlizamanlının konsertindən üç gün əvvəl Naxçıvanda onlarla ölkə idmançılarının qatıldığı beynəlxalq idman yarışı keçirilmişdi. Üç gün keçmişdi ki, həmin konsert oldu. Üç gün sonrasa Bakıda oturub "Naxçıvan ziyalılığı" eləyənlərin yığıncağının sorağını aldım. Mən gördüklərimlə sorağını aldıqlarım arasında yerlə-göy qədər fərqlərin olduğunu bilirəm. Və bunun hamının bilməsi üçün sadəcə, pis niyyət olmadan Naxçıvana getmək, Naxçıvanı tanımaq lazımdı, vəssalam...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51