Türkiyədə azərbaycanlı alimin kitabı çapdan çıxıb
09 yanvar 2014 22:34 (UTC +04:00)

Türkiyədə azərbaycanlı alimin kitabı çapdan çıxıb

Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universiteti azərbaycanlı müəllim, dosent Qafar Mehdiyevin (Qafar Çaxmaqlı) “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)" kitabını çapdan çıxarıb. 330 səhifəli kitabının nəşri ilə bağlı APA-ya açıqlama verən Qafar Mehdiyev, əsərinin erməni dilini öyrənmək istəyənlər üçün Türkiyədə  ilk metodik xarakterli dərslik olduğunu deyib. Kayseridəki Ərciyəs universitetində Türkiyənin ilk ermənişünaslıq kafedrasını yaradan dosent Qafar Mehdiyev (Çaxmaqlı) sözlərinə bu şəkildə davam edib: ”Türkiyəyə qarşı “soyqırım” böhtanlarının gündəmi daha çox məşğul  etdiyi bu günlərdə ölkədə ermənicə bilən və mənbələri orijinaldan araşdıracaq olan türk mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu kitab təkcə ali məktəblərdə deyil, erməni dilini sərbəst şəkildə öyrənmək istəyənlər üçün də önəmli bir vəsait olacaq”.

 

Alim bu səpkili dərsliyə Azərbaycanda da ehtiyac olduğunu bildirib: “Çünki istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı atılan böhtanlara obyektiv şəkildə cavab verə bilmək üçün erməni dilini yaxşı öyrənməyimiz və mənbələri orijinaldan oxuya bilməyimiz lazımdır.

 

Qafar Mehdiyev bildirib ki,  Ərciyəs universitetində ermənişünaslıq kafedrasını yaradılandan sonra Türkiyənin digər elmi qurumları, araşdırma mərkəzləri, QHT-ləri, dövlətin müvafiq qurumları bu işə ciddi maraq göstərirlər. Q.Mehdiyev  yaxın gələcəkdə ermənicə-Türkcə və Türkcə-ermənicə  hazırladığı lüğətləri çapa verəcəyini qeyd edib. Bundan əlavə Türkiyənin və Azərbaycanın “erməni problemi” ilə bağlı geniş miqyaslı araşdırmalarını da çapa hazırladığını bildirib. O, həmçinin, 2013-cü ildə türkcə çapdan çıxmış “Ermeni düşüncə sistemi və terör” adlı kitabının  dünya miqyasında böyük maraq doğurduğunu bildirərək, hazırda kitabın bir neçə dilə tərcümə olunduğunu qeyd edib.

 

Qeyd edək ki, Ankarada çapdan çıxan “Yeni Türkiye” adlı toplumun dekabr sayında Qafar Mehdiyevin “Türk-ermeni dil ilişkileri ve Türkçenin ermeniceye etkisi” adlı iri həcmli məqaləsi çap edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar