Müğənni Tünzalə Ağayeva Yunanıstandan qayıdıb. Verdiyi konsert barədə təəssüratlarını Lent. az-la bölüşən ifaçı bildirib ki, tədbirdən öncə o, Yunanıstandakı səfirimiz Rəhman Mustafayevlə fiziki cəhətdən qüsurlu uşaqların reabilitasiya mərkəzində olub: “Düşünürəm ki, səfər çox uğurlu keçdi. Biz öncə Saloniki şəhərində olduq. "Meqaro Muzikis" konsert salonunda milli və müasir musiqimizi təqdim etdik. Musiqimiz ayaq üstə alqışlandı, bizi səhnədən getməyə qoymurdular. Onu da qeyd edim ki, bu şəhərdə yunanların sayı, türklərdən çoxdur, ermənilər də var. Ksantide bu günə qədər türkdilli müğənninin konserti olmayıb. Buna görə də, müəyyən qüvvələr bu konsertə siyasi rəng verməyə can atırdılar” deyə müğənni əlavə edib.
1018