TRT 20 yanvarda “Qərənfillərin göz yaşı”nı göstərəcək
17 yanvar 2013 15:46 (UTC +04:00)

TRT 20 yanvarda “Qərənfillərin göz yaşı”nı göstərəcək

20 Yanvar faciəsi TRT-nin dörd kanalı vasitəsi ilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq. Lent.az-ın məlumatına görə, TRT-nin Bakıdakı nümayəndəsi Yüksel Deyercan 20 Yanvar 1990 ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanının yazıldığını qeyd edib: “Azadlıq yolunda,  əsrlər boyu  olduğu kimi bir qəhrəmanlıq göstərildi. 20 yanvar 1990-cı ildə 132 nəfər silahsız  Azərbaycan türkü azadlıq yolunda şəhid oldu. Bu faciə Azərbaycana özü ilə bərabər azadlıq zəfərini gətirdi”.

 

TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə “Qərənfillərin göz yaşı’’ və “Qafqazdan əsən yellər” proqramları vasitəsi ilə ekranlara gətirəcək.

 

“TRT Avaz”-ın koordinatoru Adnan Suer 20 Yanvar gününü türk dünyasının zəfər günü kimi qeyd ediləcəyini deyib və bildirib ki, bu gün bütün Azərbaycan kanallarında olduğu kimi, anma günü olaraq qeyd ediləcək. “Qərənfillərin göz yaşı’’ proqramında bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzə sevgi hekayəsi kimi dillər əzbəri olan Fərizə və İlham dastanından bəhs ediləcək. 

 

Qeyd edək ki, bu proqramlar TRT Xəbər, TRT Türk, TRT Avaz və TRT Anadolu kanallarında yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar