TRT-dən Azərbaycana daha bir sürpriz
16 may 2013 13:49 (UTC +04:00)

TRT-dən Azərbaycana daha bir sürpriz

TRT 1 kanalından bu axşam Azərbaycan və Türkiyə tamaşaçılarına böyük sürpriz var. Lent.az-ın məlumatına görə, Türkiyə də ‘’Yok Artık’’ ifadəsini dillərə düşürən komediya serialı ‘’Zengin kız ve fakir oğlan’’ın bu dəfəki seriyasında Azərbaycanın tanınmış aktyorları Sənubər İskəndərli və Əzizağa Əzizov da rol alıb. Serial bu gün TRT 1 –də Bakı saatı ilə 21.50 yayımlanacaq. Aktyorlar bu bölümün çox maraqlı olduğunu, tamaşaçıların böyük zövq alacaqlarını dedyiblər.

 

TRT-nin Bakı təmsilçisi Yüksel Değercan çəkiliş qrupunun  may ayının sonlarında Bakıya gələrək, ssenari, çəkiliş məkanı və aktyor  axtarışlarına başlayacaqlarını , daha sonra  isə təkrar  Bakıya səfər edərək çəkilişlərə start vərəcəyini bildirib.

 

Qeyd edək ki, daha əvvəl TRT 1-də yayımlanan “Sakarya Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2143
avatar

Oxşar yazılar