Tanınmış rəssam akvarel janrında ustad dərsləri keçəcək
05 noyabr 2014 13:18 (UTC +04:00)

Tanınmış rəssam akvarel janrında ustad dərsləri keçəcək

Xətai Sənət Mərkəzində tanınmış rəssam Çingiz Əzizovun rəhbərliyi ilə akvarel janrında ustad dərsləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərslər həftənin şənbə günləri olacaq. İlk dərs noyabrın 8-də saat 16:00 - da başlayacaq. Yaş məhdudiyyəti qoyulmayıb. Giriş sərbəstdir.

 

Qeyd edək ki, dərslər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xətai Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar