Talassemiyalı qızın “Xəyallara baxış”ı
17 fevral 2014 17:55 (UTC +04:00)

Talassemiyalı qızın “Xəyallara baxış”ı

Fevralın 16-da “LN Art Center”də Tibb Universitetinin 5-ci kurs tələbəsi İlahə Həsənlinin təşkilatçılığı ilə gənc rəssam, talassemiyalı Lalə Məmmədovanın “Xəyallara baxış” adlı rəsm sərgisi keçirilib. Lent.az-ın məlumatına görə, sərgidə yeniyetmə rəssamın çoxsaylı əsərləri nümayiş olunub. Sərgidə  məqsəd talassemiyadan əziyyət çəkən  istedadlı gənclərimizi ictimaiyyətə tanıtmaq və onlara dəstək olmaqdır.

 

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir. Bu xəstəliyə düçar olmuş insanlar dəmir çoxluğundan və qan azlığından əziyyət çəkirlər. Tədbirdə ictimaiyyət nümayəndələri və adi insanlar bu uşaqlara mənəvi dəstək olmağa və onlara qanvermə aksiyasına qoşulmağa dəvət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067
avatar

Oxşar yazılar