Səfirimiz Əqli Mülkiyyət Təşkilatının baş direktoru ilə görüşüb
14 yanvar 2014 20:55 (UTC +04:00)

Səfirimiz Əqli Mülkiyyət Təşkilatının baş direktoru ilə görüşüb

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru F. Qarri ilə görüşüb.

 

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, F. Qarri qeyd edib ki, son illər ərzində onun rəhbərliyi altında, ÜƏMT çərçivəsində bir sıra irəliləyişlər olub, iki yeni çoxtərəfli saziş qəbul olunub, qlobal əqli mülkiyyət sistemi güclənib, əqli mülkiyyət xidmətləri genişlənib, ÜƏMT-nin maliyyə resursları möhkəmlənib, məhsuldarlıq və səmərəlilik artıb, bütün ölkələri birləşdirmək üçün mükəmməl informasiya texnologiyaları sistemi formalaşdırılıb.

 

F. Qarri vurğulayıb ki, ÜƏMT-lə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda qeyd edilib ki, ölkəmiz sürətlə inkişaf edir, bu müstəvidə əqli mülkiyyətlə iqtisadi inkişaf məqsədlərinin birləşdirilməsi əqli mülkiyyətin Azərbaycanın davamlı inkişafına və bilik iqtisadiyyatının inkişafına müsbət töhfə verə bilər.

 

M. Nəcəfbəyli Azərbaycanda son illər ərzində əqli mülkiyyət sahəsində görülmüş işləri vurğulayıb, əqli mülkiyyətin iqtisadiyyatımızın inkişafında oynadığı rolu qeyd edib, ÜƏMT-lə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin yüksək olduğunu bildirib. Daimi nümayəndə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə də məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar