Sarayevoda “Xocalıdan Srebrenisaya” adlı foto və rəsm sərgisi açılıb
12 iyul 2013 15:56 (UTC +04:00)

Sarayevoda “Xocalıdan Srebrenisaya” adlı foto və rəsm sərgisi açılıb

 


Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında “Xocalıdan Srebrenisaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması” adlı beynəlxalq Simpoziumun nəticəsi olaraq “Xocalıdan Srebrenisaya” adlı foto və rəsm sərgisi açılıb. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin əməkdaşı Sevinc İsgəndərovanın Lent.az-a verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və AR Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə təşkil edilən sərginin açılışında DQİDK sədri Elşad İskəndərov, Azərbaycanın  Bosniyadakı təmsilçiliyinin əmkdaşları, “Xocalıya ədalət” kampaniyasının Avropadakı nümayəndələri iştirak ediblər. Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri və həmçinin Xocalıda çəkilmiş fotoşəkillər nümayiş etdirilir. Sərgi bir həftə boyunca davam edəcək.


S. İsgəndərovanın məlumatına görə, sərgi ilə yanaşı, Srebrenisa soyqrımının anım günü olan 11 iyulda Bosniyanın ən iri ticarət mərkəzi “Sarayevo Mall”ın fasadında yerləşən monitorda gün ərzində Xocalı və Srebrenisa soyqırımları zamanı dinc əhalının itkilərini əks etdirən rəqəmlər nümayiş etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar