Martın 10-da ABŞ-ın Nyu-York şəhərin “Borough Hall” salonunda Novruz bayramı ilə əlaqədar geniş konsert proqramı təqdim olunacaq. Lent.az-ın məlumatına görə, azərbaycanlı rəqqas, əməkdar artist Tahir Eynullayev də bu konsertdə iştirak edəcək.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tahir Eynullayev bildirib ki, konsertdə milli rəqslərimizdən “Bəy”, “Turac”, “Atəşgah”, “Qaytağı”, “Yəhudi” və digərlərini təqdim edəcək.
Tahir Eynullayev, həmçinin Nyu-York şəhərində həmvətənlərimiz üçün təşkil olunacaq konsert proqramında iştirak edəcəyini deyib. Konsertdən sonra o, Nyu-yorkun ən böyük ali təhsil ocaqlarından birində tələbələrə bir neçə bölmə üzrə ustad dərsləri keçəcək.
Rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.