Ramil Qasımov “ Arzu ” dan başladı
10 aprel 2013 14:52 (UTC +04:00)

Ramil Qasımov “ Arzu ” dan başladı

 

Maestro Niyazinin ev - muzeyində vokalçı Ramil Qasımovun ziyalılarla görüşü olub. Lent. az-ın məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində baş tutub. Muzeyin direktor müavini Təranə Qurbanova və  direktoru  Alla Bayramova bu cür klassik musiqi gecələrinin keçirilməsinin vacibliyini  diqqətə çatdırıblar.


Vokalçı tədbirdə   Niyazinin “Arzu” romansını, 

Ə. Bədəlbəylinin “Nizami ” operasından Nizaminin, M. Maqomayevin  “Nərgiz” operasından Əlyarın ariyasını, həmçinin unudulmuş xalq mahnılarını gənc pianoçu  Tural Qasımlının müşayiət ilə oxuyub.

 

Sonda R. Qasımov tamaşaçılara “Azərbaycanım” adlı albomunu bağışlayıb. Muzey rəhbərliyi Heydər Əliyev fondunun dəstəyi ilə çap olunmuş   “Qara Qarayev” kitabını  ona hədiyyə edib.

# 641
avatar

Oxşar yazılar