“Bu şəhərdə” teatrının aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov növbəti konsertə hazırlaşırlar. Lent.az-ın məlumatına görə, yumor ustaları martın 5-dən 9-na qədər 5 gün Heydər Əliyev sarayının səhnəsində görünəcəklər.
Qeyd edək ki, “Bu şəhərdə”nin konsertində iştirak etmək istəyənlər 20-120 manat arasında olan biletləri əldə etməlidir.