
Qızıl geyimli adam Türkiyəyə gətirilib - SƏRGİDƏ göstərilir
Qazaxıstanın məşhur “Qızıl geyimli adam zirehi” tarixi əsəri nümayiş olunmaq üçün Türkiyəyə gətirilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi əsər “Qazaxıstanın Qızıl Geyimli Adam Dünya Muzeylərində” layihəsi çərçivəsində Türkiyənin Anadolu Mədəniyyətləri Muzeyində nümayiş olunacaq. Üzərində 3 mindən çox əl işləməsi olan qızıl zirehin xaqana, ya da təkinə məxsus olduğu ehtimal olunur.
Əsər Türk mədəniyyətinin və tarixinin dərinliyini ortaya qoyan önəmli dəlillər arasında yer alır. Tarixi əsər Qazaxıstanın Yedisu bölgəsində 1969-cu ildə inşaat işləri aparılanda aşkarlanıb.
Türk inamlarını, dövlət tənzimlənməsini, mifoloji baxışlarını əks etdirən və Türk dünyasının ortaq mədəniyyət mirası sayılan 2500 illik tarixi əsər Türkiyədə oktyabrın 12-dək nümayiş olunacaq. Sərgidə, eyni zamanda Qazaxıstanın 7 ayrı bölgəsindən aşkaralanan 207 arxeoloji əsər yer alıb.
Qeyd edək ki, adı çəkilən əsər Belarus, Rusiya, Azərbaycan, Çin, Polşa, Güney Koreya, Özbəkistan və Makedoniyada da nümayiş olunub. Əsərin Avropa və Amerikaya aparılacağı da bildirilir.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06