Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Tünzalə Ağayevaya aid olan “İkimizin yerinə...” albomunun Park Bulvarda (“Əli və Nino” kitab mağazaları şəbəkəsində) imzalanma mərasimi olacaq. Lent.az-ın məlumatına görə, Q. Paşayeva albomun dinləyicilərin xoşuna gələcəyinə ümid etdiyini deyib: “Albomdakı əsərlərin böyük əksəriyyəti Tünzalə Ağayevanın ifasındadır. Albomdan gələn gəlir xeyirxah missiyaya xidmət edəcək, Silahlı Qüvvələrimizə Yardım Fonduna hədiyyə ediləcək. Biz uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə edirik və bundan çox məmnunuq”.
İmzalanma mərasimi iyulun 1-də saat 20.00-da olacaq.