Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı açılıb.
APA-nın məlumatına görə, festivalMədəniyyət və Turizm Nazirliyi, Qəbələ rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil olunub.
Festivalda Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirirlər. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Xatırladaq ki, Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib.