Qardabanidə el bayramı keçirildi
01 noyabr 2015 02:34 (UTC +04:00)

Qardabanidə el bayramı keçirildi

Azərbaycanlıların kompakt yaşadığı Qardabanidə ənənəvi el bayramı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Qardabnoba" ("Qardabani Günü") adlandırılan el bayramı çərçivəsində rayon mərkəzində David Aqmaşenebeli adına istirahət parkının bərpadan sonra açılışı keçirilib. Açılışı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili və Qardabani rayon icra hakimiyyətinin başçısı Qela Nioradze həyata keçirib. Sonra el bayramı münasibətilə Kvemo Kartli qubernatoru P. Xizanaşvili gürcü və azərbaycanlıları təbrik edib, rayon əhalisinə əmin-amanlıq, sülh və xoşbəxtli və bərəkət arzulayıb. Qubernator P. Xizanaşvili təbrikində bölgədə və Qardabani rayonunda son illər bir sıra tikinti layihələrinin həyata keçirildiyini, həmçinin kənd təsərrüfatının inkişaf etdirildiyini bildirib.

 

Tədbirdə milli rəqslər ifa edilib, milli yeməklər nümayiş olunub. Tədbirdə məktəblilər geniş konsert proqramı ilə çıxış ediblər. "Qardabnoba" bayramında kənd təsərrüfatı məhsullarının və məktəblilərin rəsm və əl işlərinin sərgisi də keçirilib. Bayram tədbiri axşamadək davam edib.

 

Tədbirdə qubernatorun azərbaycanlı və gürcü müavinləri, Qardabani rayon icra başçısının müavini Ülfət Ağamalıyev və digər rəsmi şəxslər, həmçinin Qardabani rayonunda fəaliyyət göstərən gürcü və  Azərbaycandilli orta məktəblərin direktor və müəllimləri, şagirdlər, ətraf kəndlərdən gələn sakinlər, QHT nümayəndələri, jurnalistlər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07