Prezident “Atəşgah məbədi” –indəki yenidənqurma işləri ilə tanış olub
29 mart 2013 23:15 (UTC +04:00)

Prezident “Atəşgah məbədi” –indəki yenidənqurma işləri ilə tanış olub

Martın 29-da prezident İlham Əliyev paytaxtın Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,
başçısı və xanımına  ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirildiyi barədə məlumat verilib.

İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunub və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilib.

 “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilib.


Qeyd olunub ki, qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur.

Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılıb.

 Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulub.


Bildirilib ki, 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib, yeddi ay ərzində başa çatdırılıb. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub.


Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədində görülən işlərlə tanış oldular.


Diqqətə çatdırılıb ki, Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilib. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa olunub. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra edilməsi və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olub.

 Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb.


Vurğulanıb ki, beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
 

Dövlətimizin başçısı Atəşgah məbədinin XIX əsrdə çəkilən şəkillərini, bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə görüləcək işlərin eskiz layihələrinə baxdı.

 

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar