Türkdilli ölkələrin mədəniyyət təşkilatı olan TÜRKSOY-un yaradılmasının 20 illiyi ilə bağlı Türkiyə paytaxtında tədbirlər keçirilib. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib. Toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs ediblər. Türkdilli ölkələrin nazirlərinə, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib.
Sonra Çankaya köşkündə Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul edib. Qardaş ölkənin dövlət başçısı yubiley münasibətilə TÜRKSOY-a üzv ölkələrin nümayəndələrini təbrik edib və onlara uğurlar diləyib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Abdullah Gülə yubiley medalı təqdim edib.
Türkiyə prezidenti simfonik orkestrinin konsert zalında TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş konsert olub. Konsertdə türk dünyasının incəsənət ustaları iştirak ediblər.
Polad Bülbüloğlu medal aldı
1312