Polad Bülbüloğlu:”...bu müsabiqənin səsvermə sistemi düzgün qurulmayıb”
31 may 2013 17:39 (UTC +04:00)

Polad Bülbüloğlu:”...bu müsabiqənin səsvermə sistemi düzgün qurulmayıb”

“Rusiyanın “Eurovision 2013” mahnı yarışmasındakı tatarıstanlı təmsilçisi Dina Qaripovaya təqdim olunması üçün diplom hazırladıq. Bu diplomda Azərbaycan mobil operatorlarından Rusiya təmsilçisinə verilən səslərin göstəricilərini də qeyd etdik. Bu diplom mənim tərəfimdən təsdiqləndi və möhür vuruldu. Bununla da hesab edirəm ki, Azərbaycan öz sözünü bildirdi”.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

 

Səfir qeyd edib ki, kimdəsə şübhə qalıbsa, bu barədə Avropa Yayım İttifaqına müraciət edə bilər: “Mən bir diplomat olaraq Azərbaycan xalqının Rusiya təmsilçisinə nə qədər səs verdiyini bildim. Bu, Rusiya ictimaiyyətinə də vacib idi. Bilirsiniz ki, Rusiya təmsilçisi Tatarıstanda yaşayır və Azərbaycanın da bu respublika ilə əlaqələri çox istidir. Mən özüm bir tamaşaçı kimi televiziya ilə bu yarışmanı seyr edəndə inanmadım ki, Azərbaycandan Rusiya təmsilçisinə müəyyən qədər də olsa, səs verilməsin. Ona görə də maraqlanmağa başladım. Sonra məlum oldu ki, təkcə “Azercell” mobil operatorundan Rusiya təmsilçisi Dina Qaripovaya 1700-dən artıq səs verilib. Hər halda, bu səslərin verilməsi pulsuz deyil və təxminən hər səs 1,5 dollar müqabilindədir. Deməli, vətəndaşlar pul xərcləyirlər, lakin onların səsləri it-bat olur. Bu yarışmada səslərin hesablanması prosesi də mənə aydın deyil. 5-6 nəfərlik münsif heyəti 2-3 minlik səsi poza bilər? Sənətkar olaraq bildirim ki, bu müsabiqənin səsvermə sistemi düzgün qurulmayıb”.

 

P.Bülbüloğlunun sözlərinə görə, bütün bunlar müsabiqədə səslərin düzgün hesablanmamasının göstəricisidir: “Bunun səbəbini də bilmirəm. Hər halda, diplomat olaraq bu məsələnin araşdırılmasına çalışdım. Rusiyada çoxsaylı azərbaycanlılar yaşayır. Niyə kimsə Moskvada sadə Azərbaycan vətəndaşına sual etsin ki, “Niyə biz sizə 12 bal verdik, siz isə bunun qarşılığında bizə 1 bal da vermədiniz?” Bu söhbətləri bitirmək üçün bu araşdırma lazım idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar