Orxan Pamuk Tiflisə çağırıldı
12 mart 2014 13:27 (UTC +04:00)

Orxan Pamuk Tiflisə çağırıldı

0

Türk yazıcısı Orxan Pamuk Gürcüstandadır. Lent.az-ın məlumatına görə, tanınmış yazar bu gün paytaxt Tiflisdəki Azad Universitetdə mühazirə oxuyacaq.

 

Martın 13-də isə onunla Rustaveli teatrında görüş olacaq. Pamukun səfərinin təşkilatçıları Azad Universitet və Bakur Sulakauri nəşriyyatıdır.

 

Qeyd edək ki, Orxan Pamuk 1952-ci ildə İstanbulda doğulub. O, posmodernist yazıçı sayılır. Əsərləri dünyanın 40-dan çox dilinə tərcümə olunmuş Pamuk 2006-cı ildə Nobel mükafatına layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar