Oqtay Kazımi yad edildi
26 dekabr 2012 15:27 (UTC +04:00)

Oqtay Kazımi yad edildi

Tanınmış bəstəkar Oqtay Kazıminin 80 illiyinə həsr olinmuş, ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayevanın və əməkdar artisti Aybəniz Haşımovanın ideya müəllifi  olduğu musiqili layihənin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, yubiley günü ilə bağlı bəstəkarın musiqiləri əsasında hazırlanmış ''Ağla mənim üçün bu şəhər və sən'' adlı konsert proqramı təşkil olunub. Gecədə ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri,  sənət adamları, Oqtay Kazıminin ailə üzvləri və yaxınları, KİV nümayəndələri iştirak edib.

 

Tədbiri əməkdar artist Aybəniz Haşımova giriş sözü ilə açıb. Müğənni bildirib ki, Oqtay Kazımi  ona sənətdə də,  həyatda da atalıq edib. Qənirə Paşayeva isə çıxışında bildirib ki, o, dünya səviyyəli böyük bəstəkar Oqtay Kazımini yaxından tanımaq şərəfində nail olduğu üçün özünü xoşbəxt hiss edir: “Oqtay müəllim böyük bəstəkar, böyük insan idi. Saf, səmimi, dürüst, mehriban, insanı anlayan...  Oqtay müəllimin musiqilərinə söz yazmaq mənim üçün böyük şərəf olmaqla bərabər böyük bir məsuliyyət idi.  Çünki bu musiqilər hazır  musiqilər  idi  və onları dahi  Oqtay Kazımi yazmışdı”.

 

Ailə adından Oqtay Kazıminin  nəvəsi Çinarə Kazımi çıxış edərək babası haqqında  xatirələrindən danışıb və layihəni  həyata  keçirənlərə təşəkkürlərini çatdırıb.  Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, Ayaz Qasımov və Aynişan  Quliyeva bəstəkarın mahnılarını ifa ediblər. “Dan ulduzu” ansamblının və pianoçu Naibə xanımın ifaları alqışlarla qarşılanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51