Opera və Balet Teatrında “İntizar”
30 noyabr 2015 13:38 (UTC +04:00)

Opera və Balet Teatrında “İntizar”

Dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, opera tamaşasının libretto müəllifi professor Nərgiz Paşayeva, yeni redaksiyanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə xalq rəssamı Tahir Tahirovdur.

 

Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar