Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ölkəmizdə mövcud olan prodakşnların sayının çoxluğundan şikayətlənib. Lent.az-ın məlumatına görə, Məhərrəmli Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, respublikamızdakı prodakşnların sayının 40-a çatdığını vurğulayıb.
“Çox təəssüf ki, bu qədər kinoprodakşnın olmasına baxmayaraq, onların çəkdikləri filmlərin keyfiyyəti çox aşağıdır. Bu da ondan irəli gəlir ki, bəzən kinodan uzaq adamlar kinoprodakşn yaradırlar”.
Nuşirəvan Məhərrəmli prodakşnları tənqid etdi: “Sayları çoxdur, keyfiyyət yoxdur”
871