Nəsrəddin Tusinin “Əsasül-iqtibas” əsərəi dilimizə çevrilir
23 avqust 2013 21:10 (UTC +04:00)

Nəsrəddin Tusinin “Əsasül-iqtibas” əsərəi dilimizə çevrilir

Nəsrəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan türkcəsinə a tərcümə olunur.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən 3 ildir həyata keçirilən tərcümə işləri yekunlaşmaq üzrədir.

 

Əsərin Azərbaycan türkcəsində nəşri bu ilin sonuna nəzərdə tutulur.

 

Tərcüməçisi institutun baş laborantı Şahin Yəhya, elmi redaktoru isə Cəbr və riyazi məntiq şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əli Babayevdir.

 

Əsər farscada 600 səhifədən ibarətdir. Məntiq və fəlsəfə ixtisası üzrə təhsil alanlar əsərin Azərbaycan türkcəsindən ali məntiq dərsliyi kimi istifadə edə biləcək.

 

Xatırladaq ki, “Əsasül-iqtibas” “Şeyxur-rəis” təxəllüslü Əbu Əli ibn-Sinanın “Şgfa” adlı kitabından sonra yazılmış məntiq üzrə ən mükəmməl kitab hesab edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569
avatar

Oxşar yazılar