Nazir muzeylərdən razıdır
08 may 2013 11:36 (UTC +04:00)

Nazir muzeylərdən razıdır

Milli İncəsənət Muzeyində "Heydər Əliyev və sənət müasirləri" mövzusunda sərgi açılıb. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,  Rəssamlar İttifaqının sədri  Fərhad Xəlilov və  Rəssamlıq Akademiyasının rektoru,  Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən, Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Daha sonra muzey işçilərinin respublika müşavirəsi keçirilib.
Mədəniyyət və turizm naziri çıxış edərək bildirib ki, müşavirənin məqsədi Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıqla və zəruri eksponatlarla təchizinə dair xüsusi tədbirlər planının icrası ilə bağlı vəziyyətin müzakirəsidir. 
Nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlər, bu sahədə qəbul olunan dövlət proqramlarının yerlərdə icrası, eləcə də mövcud problemlər və qarşıda duran vəzifələr barədə danışıb. 
 

Qeyd edək ki, müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, müavini Sevda Məmmədəliyeva, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və başqaları çıxış edərək görülmüş işlərdən, qarşıdan duran vəzifələrdən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar