Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev serbiyalı kino xadimləri, kinoaktyor Lazar Ristovski və rejissor Yovan Markoviçi qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə xalq artisti, kinorejissor Vaqif Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib. Azərbaycanda kino sənətinin hazırki vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Ə. Qarayev ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsi, “Spake” televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə Nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.
Görüşdə ilkin olaraq qarşılıqlı film həftələri təşkil etmək haqqında irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb. Ötən ilin oktyabr ayında Bakıda keçirilmiş Beynəlxalq İdman Filmləri Fesivalının münsiflər heyətinə başçılıq etmiş rejissor Yovan Markoviş paytaxtımızın ötən müddətdə daha da gözəlləşdiyini söyləyərək, azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək arzusunu bildirib.
Nazir kinodan danışdı
739