Nazir :”...zəruri addımlar atılacaq”
24 iyun 2013 12:21 (UTC +04:00)

Nazir :”...zəruri addımlar atılacaq”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncə şəhərində Gəncə, Yevlax şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Ucar, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbulu edib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

 

Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müraciətlərinə baxılıb, səslənən fikir və təkliflər dinlənilib.
Müraciətlər mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, yay-qış turizm obyektlərinin inşasına dəstək verilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma, sosial problemlərin həlli və digər məsələlərlə bağlı olub.

 

Bəzi müraciətlərdə konkret təklif və təşəbbüslər irəli sürülüb, o cümlədən tariximizlə bağlı memarlıq və heykəltəraşlıq layihələrinin reallaşdırılmasına, yerlərdə turizm sahəsinin inkişafı ilə bağlı layihələrə köməklik göstərilməsi xahiş olunub.
Nazir xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, onların həlli yönündə zəruri addımlar atılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar