Musiqili Teatrın gənc aktrisası Gültac Əlili Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” mükafatına layiq görülüb. Teatrdan Lent.az-a verilən məlumata görə, G. Əlili son yaradıcılıq işi “Kimdir müqəssir?” (Ə. Haqverdiyev) komediyasındakı Bahar roluna görə mükafatlandırılıb.