Azərbaycan Dövlət Musiqili Teatrında Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşanın məşqlərinə start verilib. Bu barədə Lent.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib. Onun sözlərinə görə, səhnə əsərinə xalq artisti İlham Namiq Kamal quruluş verəcək. İlham Namiq Kamal eyni zamanda tamaşanın liberetto müəllifidir.
Qeyd edək ki, tamaşaya musiqini xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.