Muğam Mərkəzində konsert olacaq
24 yanvar 2013 16:40 (UTC +04:00)

Muğam Mərkəzində konsert olacaq

Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər günü ilə bağlı layihə keçiriləcək. Lent.az-ın məlumatına görə, layihə ilə bağlı musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, layihənin keçirilməsinə məqsəd milli mənəvi dəyərlərimizin təbliği ilə bağlıdır: “Sözügedən layihə yanvarın 31-ə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Həmin gün Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı Televiziyanın solistləri, xanəndələr çıxış edəcəklər. Onu da qeyd edim ki, bu Muğam mərkəzi ilə birlikdə bizim ilk layihəmizdir. Layihənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Babayevdir”.

  

Ramil Qasımov deyib ki, gecədə unudulan xalq və bəstəkar mahnıları Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Ariz Hüseynov, Günay İmamverdiyeva, Zabitə Alıyevanın ifasında səslənəcək. Sonda musiqisi Tahir Əkbərə, sözləri Mahirə Nağıqızına məxsus “Azərbaycanım” əsəri təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154
avatar

Oxşar yazılar