MTRŞ telekanallara qarşı sərt cəzalar tətbiq edəcək
08 yanvar 2013 18:56 (UTC +04:00)

MTRŞ telekanallara qarşı sərt cəzalar tətbiq edəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) reklamla bağlı qanunvericiliyi pozan telekanallara qarşı sərt cəzalar tətbiq edəcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan telekanallarında reklamla bağlı problemlər var: “Yeni il qabağı bu məsələ Şurada müzakirə olundu, bir sıra kanala şifahi xəbərdarlıq edildi. Amma bayram qabağı olduğu üçün bu məsələni xüsusi qabartmaq istəmədik. Həmin telekanallara bildirdik ki, bu hal davam edərsə, yanvar ayından bu məsələyə daha ciddi yanaşacağıq. MTRŞ üzvləri də birmənalı şəkildə dedilər ki, bu hal aradan qaldırılmalıdır”.

 

N. Məhərrəmli deyib ki, telekanallarda xüsusən də reklamın müddəti ilə bağlı ciddi qanun pozuntuları var: “Elə televiziya kanalları var ki, onlarda reklamın müddəti xeyli artıb. Biz bu məsələni yaxın iki həftə ərzində müzakirə edib, ciddi qərar verəcəyik. Daha xəbərdarlıqdan söhbət getməyəcək, birbaşa cərimələr tətbiq olunacaq. Çalışacağıq ki, telekanallarda reklamla bağlı vəziyyəti qanuna uyğun surətdə tənzimləyək”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar