Rusiyanın dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti, 76 yaşlı Yelena Obratsova dünyasını dəyişib. Lent.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, "La Skala", Metropoliten-Opera", "Kovent Qarden kimi teatrlarda çıxış edən məşhur opera müğənnisi səhətində yaranan problemlərə görə, təxminən bir il müddətində Almaniyada yaşamaq məcburiyyətində qalıb.
Həkimlərin səyinə baxmayaraq müğənni Almaniyada vəfat edib.