
Alen Delon Kann festivalının mükafatına layiq görüldü
Əfsanəvi fransız aktyor Alen Delon Kann kinofestivalının fəxri “Qızıl palma" mükafatı ilə təltif olunub.
ONA-nın aif.ru saytına istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi Delonun baş rolda oynadığı, 1976-cı ildə çəkilmiş “Müsyö Klyayn” filminin nümayişindən sonra keçirilib.
Aktyorun sözlərinə görə, uzun müddət mükafatı götürməkdə tərəddüd etsə də, sonradan nə vaxtsa birlikdə çalışdığı rejissorlara ehtiramını bildirmək qərarına gəlib.
“Mən lazımsız döyüşdə iştirak etmək istəməyən boksçu kimiyəm, gərəksiz filmdə çəkilmək istəmirəm”, – Delon deyib.
Qeyd edək ki, 83 yaşlı aktyor teatrda çalışır və teleseriallara çəkilir.
Oxşar yazılar

Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57
Ən ağrılı yerim oğlumu 24 yaşında itirməyimdir - Yazıçı Hidayətlə MÜSAHİBƏ
21 iyul 2025 , 13:09
Sirr və detektiv sevənlər üçün 5 serial -VİDEO
21 iyul 2025 , 11:12
Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25