Prezident İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasına tədbirlər planı hazırlamaq tapşırılıb.
Tədbirlər planı Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlanacaq. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.