Noyabrın 31-də Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Pretoriya şəhərində artıq dördüncü dəfə CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi “Diplomatik Yarmarka”da iştirak edib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Səfirliyimiz isə öz növbəsində “CAR-da Azərbaycan Dostları” qeyri hökumət təşkilatının dəstəyi ilə ölkəmiz üçün ayrılmış hissədə tariximiz və müasir dövrümüzə aid fotoşəkillər, xalçalar, kitablar və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib.
Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqda broşur və bukletlər təqdim edilib, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizlə bağlı diğər mövzulara həsr edilmiş çap materialı paylanılıb.
Tədbir çərçivəsində səfirliyin nəzdində fəaliyyət göstərən “Yurd” rəqs qrupu Azərbaycan milli rəqsləri ilə ziyarətçilər qarşısında çıxış edib.
Qeyd edək ki, tədbiri gün ərzində minlərlə xarici və yerli vətəndaşlar ziyarət edib.