Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət etdi
11 iyul 2013 16:04 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət etdi

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
 

Nazirlik müraciətində bildirir ki, vətəndaşlar turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyəti üçün verilmiş lisenziyanın olub-olmaması ilə maraqlanmalı, turist vauçerini və "Turizm haqqında" qanunun tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etməlidirlər.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar