Kann festivalının bağlanış mərasimi “Mədəniyyət” kanalında
16 may 2013 13:52 (UTC +04:00)

Kann festivalının bağlanış mərasimi “Mədəniyyət” kanalında

“Mədəniyyət” kanalı 66-cı Kann festivalının təntənəli bağlanış mərasimini canlı yayımlayacaq. Bu barədə Lent.az-a Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Tədbir mayın 26-da saat 21:15-də başlanacaq. Həmin gün Qırmızı xalı üzərindən münsiflər heyətinin üzvləri və festivalın proqramına yekun vuracaq “Zulu” filminin yaradıcı qrupu keçəcək. Bu filmin rejissoru Jerom Salldır. Budəfəki festivalın münsiflər heyətinə dünya şöhrətli rejissor, prodüser Stiven Spilberq rəhbərlik edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala qatılan azərbaycanlı kinematoqrafçılar Müşfiq Hətəmov, Yusif Şeyxov, Ayaz Salayev və Fariz Əhmədov orada fəaliyyət göstərən beynəlxalq pavilyonda iştirak edirlər. Pavilyonda Azərbaycanda son 2 ildə çəkilən 9 film nümayiş olunur.

 

Qeyd edək ki, “Mədəniyyət” kanalı mayın 15-də festivalın açılış mərasimini nümayiş etdirib. AzTV və “Mədəniyyət” kanallarında “Oskar” mükafatı və Kann festivalı mərasimlərinin canlı yayımda nümayiş etdirilməsi ənənəyə çevrilib. Azərbaycanlı tamaşaçılar “Oskar”ın son 6 illik təqdimatını və Kann festivalının son 3 illik açılış və yekun mərasimlərini AzTV və “Mədəniyyət” kanalları vasitəsilə izləyə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Oxşar yazılar