Kalmık teatrı Bakıya gəlir
28 fevral 2013 14:53 (UTC +04:00)

Kalmık teatrı Bakıya gəlir

Rusiya Federasiyasının Kalmık Milli Teatrı Bakıya gəlir. Lent .az-ın məlumatına görə, martın  1-dən – 3-dək Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Burada “Ağ ayın nağılı” və “Mehmanxana sahibəsi” tamaşaları göstəriləcək.

 

“Ağ ayın nağılı” tamaşasının müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyev,  baletmeysteri İrina Samsonova, bəstəkarı Arkadi Manciyevdir. Tamaşa martın 1 və  3-də saat 12.00, 15.00- da nümayiş etdiriləcək.

 

Martın 2-i və 3-də saat 19.00-da nümayiş etdiriləcək iki hissəli “Mehmanxana sahibəsi” komediyasının rejissoru Kalmık Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru İrina Samsonovadır.

 

Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2 tamaşa ilə Kalmık Respublikasına qastrola  yola düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar