Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibəti ilə keçirilən xatirə gecəsində xalq artisti İlhamə Quliyeva iştirak edib. Lent. az-ın məlumatına görə, İ.Quliyeva xatirə gecəsində “Bir xumar Baxışlı” əsərini oxuyub. Çıxışını başa vuran müğənni sonra Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevlə görüşüb.
Onu da qeyd edək ki, anım tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən savayı , Ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov və başqa hökumət, dövlət rəsmiləri, ziyalılar iştirak ediblər.