İki nəğmə, yaxud yaddan düşməz xatirələr - ANIM
20 yanvar 2014 14:54 (UTC +04:00)

İki nəğmə, yaxud yaddan düşməz xatirələr - ANIM

Elşad Qoca                                                          

 Azərbaycan dövlət radiosundan acılan qəfil telefon zəngi xəyalən məni çox uzaqlara apardı. Adaşım Elşad birbaşa mətləbə keçdi: - radionun fondunda cavan yaşlarında dünyasını dəyişmiş tanınmış müğənni Eyvaz Həsənovun tələbəlik illərində oxuduğu bir lent yazısını tapmışam. Eyvaz haqqında veriliş hazırlamaq is­təyirdim, nə ətraflı materialım vardı, nə də kimləri verilişə dəvət edəcəyimi  bil­mirdim.  Sağ olsun Cavanşir müəllimi, mənə Sizin telefon nömrənizi verdi: “Heç uza­ğa etmə, odey, dostumuz Elşad, Eyvaz Hə­sənovla yaxşı münasibətləri vardı, onunla danış, hər şey qaydasına düşəcək ”- dedi. Razılaşdıq, adaşımız və Xuraman xa­nımın zəhməti nəticəsində maraqlı bir ve­riliş ortaya çıxdı. Verilişdə Eyvazla ılk tanışlığımızdan, onun yüksək mədəniyyətindən, insanlığından, musiqiyə olan mə­həb­bətindən, ürəkləri oxşayan nəğmələrindən söhbət acdıq. Həm də təəssüfləndik, ra­dionun musiqi fondunda Eyvazın az sayda lent yazıları qalsa da, te­le­vi­ziyada demək olar ki, onun ecazkar sənətindən əsər-əlamət qal­ma­mışdı. Ney­lə­yəsən, bu da bir taledi. Deməli, Eyvazın unudulmaz, özünəməxsus sənətini yalnız radio dal­ğa­larında eşitmək mümkün olacaq. Şəxsən mən Eyvazın Təranə Vəlizadə ilə oxu­duğu əvəzsiz duetləri, bir də onun səsinə, mənim fikrımcə, daha çox uyğun gələn lirik nəğmələri heç vaxt unutmayacağam. Yaxşı ki, onun Təranə xanımla və özünün oxuduğu mahnıların bir qismi radionun fondunda qalıb. Mənim Eyvazın ifasında bəyəndiyim ən uğurlu nəğ­mə­lər­dən biri, bəlkə də birincisi böyük bəstəkarımız Ramiz Mirişlinin  İslam Səfərlinin sözlərinə bəstələdiyi “Dalğalar” idi. Son dərəcədə peşəkar bir ifaydı. Bu nəğmənin digər tanınmış ifaçıları da vardı. Ancaq Eyvaz Həsənovun “Dalğalar”ı tamam başqaydı. Sanki bu nəğmə məhz onuncün yazılmışdı, onun səsinə bi­çil­miş­di. Bir sözlə, Azərbaycan radiosunun Eyvaz Həsənova həsr etdiyi veriliş mürgülü xa­tirələri oyatdı, yaddaşıma həkk olunmuş bir-birindən maraqlı məqamları yada saldı. Eyvazla tanışlığımız mənim tələbəlik illərimə düş­müş­dü. 1981-ci ilin yay ayı idi. IV kursda, indiki BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Hərdən dostlarımızla, çox vaxt da Vasif Quliyevlə “Azneft”də yerləsən və ziyalıların tez-tez yığışdığı çayxanaya gedərdik. O vaxtlar buraya kimlər gəl­mir­di, 80-ci illərin tanınmışları- alimlər, yazıcılar, şairlər, aktyorlar. Axşam tərəfi ha­va sə­rinləşəndə cayxanada oturmağa yer olmurdu. İsti  yay axşamlarının birində Va­siflə bulvarı o tərəf-bu tərəfə ölcdükdən sonra özümüzü cayxanaya saldıq. Bir az­dan Vasifin daha yaxşı tanıdığı görkəmli sənətkarımız Qulu Əsgərov, məşhur na­ğa­ra ustası Cingiz Mehdiyev, müğənnilər Eyvaz Həsənov və Fərman Cəfərov gəl­dilər. Vasifin dəvəti ilə bizim stolda əyləsdilər. Onu da deyim ki, gələnlərin hamısı ilə tanışlığım vardı, yalnız Eyvaz Həsənovla tanış deyildim. Tanış olduq. Bax be­lə­cə, bizim Eyvazla tanışlığımız basladı. Sonralar tez-tez görüşməyə başladıq. O, cox savadlı, mədəni və genış dünyagörüşə malik insan idi. Ədəbiyyatı gözəl bilirdi, xüsusən də klassik ədəbiyyatı. Aşıq ədəbiyyatından elə gözəl nümunələr söyləyirdi ki. Özü də tə­ləs­mə­dən, aram-aram. Aşıq Ələsgər yaradıcılığından saatlarla da­nı­şar­dı. Aşıq Ələs­gə­rin hər bir kəlməsi müsiqidir, deyirdi. Rəhmətlik bəstəkar-mü­ğən­­ni Qulu Əs­gə­rovla daha cox bir yerdə olurdular. Ümumiyyətlə, Eyvaz onun sənətinə və şəx­siyyətinə böyük hörmətlə yanaşırdı. Bəzən incə zarafatları olurdu. Sonralar hərdən-hərdən təklikdə görüşərdik. Bu o günlər idi ki, artıq Təranə Vəlizadə ilə Eyvazın duet janrında oxuduğu nəğmələr aləmə yayılmişdi. Get-gedə onların duet repertuarı bir-birindən gözəl nəğmələrlə zənginləşirdi. Onların duetləri sanki xitə cev­rilmişdi. Qoy hec kim məni qınamasın, bu mənim şəxsi qənaətimdir, Təranə xa­nım­la Eyvaza qədər də bu janra müraciət edənlər olmuşdu. Ancaq hec kimsədə onlar qədər gözəl, maraqlı alınmamışdı. Bir məsələni də qeyd etmək fikrimcə, yerinə dü­şər. Bu janra həmin dövrlər elə də cox müraciət olunmurdu. Düzdür, əvvəllər Nər­minə Məmmədova, Sinan Səid, Elmira Rəhimova, Yaşar Səfərov, Ğülağa Məm­mə­dov, Flora Kərimova, Anatollu Qə­niyev, Teymyr Mustafayev, Nəzakət Məm­mə­do­va və başqaları bu janrda yad­da­qa­lan, könül oxşayan nəğmələr oxumuşdular. Lakin arada bir boşluq yaranmışdı. Tə­ra­nə Vəlizadə Eyvaz Həsənov cütlüyü bu boşluğu yük­sək səviyyədə doldurdu. Mü­si­­qisevərlər bu ifaları böyük maraqla qarşıladılar. Bu cütlüyün bir cəhəti də diqqəti özünə cəlb edirdi. Ayrı-ayrı mahnıların ifasından fərq­li olaraq duet oxuyan zaman tə­rəf-müqabillər bir-birini hiss etməli, ta­mam­la­ma­lıdırlar. Həm də onlarda müəy­yən artistlik məharəti ol­ma­lı­dır. Hərəkətlə, mimika ilə, jestlərlə oxuduğu mahnının ma­hiyyətini acmağa calışmalıdırlar. Belə olanda dinləyicilər mahnılardan zövq ala bilirlər. Təranə xanımla Eyvazın möhtəşəm sənətində məhz bu keyfiyyətlər üs­tün­lük təşkil edirdi. Eyni zamanda, bu cütlük biri-birilərinə cox yaraşırdılar. Təranə xanımı coxlarımız həyatda da, səhnədə də görmüşük. Gözəl xanımdır. Rəhmətlik Eyvaz da yaraşıqlı insan idi. Bütün bunlar Tə­ra­nə Vəlizadə və Eyvaz Hə­sə­novu tamaşacılara daha cox sevdirirdi. Fik­rimiz aydın ol­sun deyə onların oxu­duq­ları duetlərdən birinə müraciət edək. Belə bir duet var, Eyvaz oxu­yur:

Hər yan cəmən, cəmənzar,

Hər gülün bir ətri var

O güllərin birini

Gəl sənincün üzüm, yar.

Bir azdan Təranə xanımın şaqraq şəlaləni xatırladan səsi eşidilir:

Lalənin bağrı qandır

Bənövşə pərişandır,

Üzmə, üzmə amandır

Bülbül bizdən inciyər.

Bax, bu “İnciyər” dueti Təranə xanımla Eyvazın ifalarında ən gözəl sənət əsərlərindən biriydi. Xüsüsən də gənclər bu dueti cox sevirdilər. Yaxşı yadımdadır, onların ayrı-ayrı konsert salonlarındakı cıxışları böyük maraqlq qarşılanırdı. Səhnə mə­dəniyyətlərində də bir özünəməxsusluq vardı. Hec kəsi yam­sı­la­mır­dı­lar, öz­lə­rinə üyğün orijinal ifa maneraları axtarıb tapırdılar. Bu da onların ori­ji­nal müğənni kimi formalaşmalarına böyük kömək göstərirdi. Eyvaz həmişə de­yirdi ki, sənətdə kecmişi öyrənmədən yenilik etmək mümkün olmur. Ona görə də biz klassik irsə tez-tez müraciət edir, öyrənməyə calışırıq. Bu baxımdan Bülbül, Xan Şuşinski, Rə­şid Behbudov, Əbülfət Əliyev, Rübabə Muradova, Qulu Əsgərov və Şövkət Ələk­bə­­ro­va sə­nəti əvəzsizdir. Onların yaradıcılıqları örnək, ğörüb-ğö­tür­mək məktəbidir.

Beləcə Eyvazla dostlaşdıq, axır vaxtlar tez-tez görüşməyə başladıq. Dostluq öz yerində, istər Eyvazın, istərsə də Təranə xanımın sənəti məni canki ov­sun­la­mış­dı. Dövrü mətbuatda onlar haqqında bir yazı yazmaq qərarına gəldim. Bir necə də­fə danışdıq, alınmadı. Gah Eyvazın işi olurdu, gah da mənim. Nəhayət, məsələni qə­­­tiləşdirdik. Görüşürük, vəssalam. Elə bu gün, axşam. Oktyabr ayının əvvəlləri  idi. Tələsik tələbə yoldaşım Cümşüd İsgəndərlə görüşdüm. Amandır, dedim – kö­mək elə. Eyvazla bu gün axşama danışmışıq, görüşməliyik. Bir necə şəkil cə­kər­sən. Cümsüd eyni zamanda, cox gözəl fotoqraf idi, yazdığı materilların şə­kil­lə­rini özü cəkərdı. Haydı gekdik. Onda Eyvaz ailəsi ilə birlikdə “Baksovet”də kirayədə ya­şa­yır­dı. Təranə xanım bizi böyük hörmətlə qarşıladı. Dadlı mürəbbə ilə qəşəng cay süf­rəsi açdı. Söhbətdə Xəyalə də iştırak edirdi. Üc-dörd, bəlkə də beş yaşı olardı. O axşam nədən danışmadıq. Şəxsı həyatdan tutmuş sənətəcən. Məlum oldu ki, Eyvaz Aşıq Ələsgərin vətənində, Göycə mahalında telli sazın laylası altında dünyaya gəlib. Sonra muğam beşiyində böyüyüb. Təranə xanım Bakıda böyüsə də əslən Şəkidəndir. Özü də səhv etmirəmsə, Cələbilər nəslindən olduğunu söylədi. Hər ikisi də indiki Asəf  Zeynalli adına müsiqi kollecini bitirmişdilər. Sonra yollar haçalanmışdı. Təranə xanım indiki Bakı Dövlət Universitetinin filologiya, Eyvaz isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müsiqili komediya aktyorluğu fakültələrıni bitirmisdilər. Yollar müxtəlif olsa da, tale onları birləşdirib. Ailə qurublar. Bəs müsiqi sənətimizdə həmin dövrlər cox da populyar olmayan duet janrına məhəbbətləri hardandır sualına Təranə xanımın cavabı indiki ki­mi yadımdadır: - Xalq dastanlarında bu janrın nümunələrinə tez-tez rast gəlinir. Bu janrda müğənni özünə qapılıb qalmır. Əksinə, sərbəstlik verir, özünü ifadə etməyə imkan ya­ra­nır. Ona görə də Eyvaza dedim ki, gəl duet hazırlayaq. O da məni dəstəklədi. İlk mahnını da Eyvaz özü secdi. Bəstəkar Nəriman Məmmədovun şair İsgəndər Coşqunun sözlərimə bəstələdiyi “İnciyər” mahnısını ciddi şəkildə hazırlamağa başladıq. Bu mahnının üzərində əməlli-başlı işlədik. Həyəcanlıydıq. Bu janrda ilk işimiz idi, cox istəyirdik ki, gözəl bir duet alınsın. İnsafən alındı. Azərbaycan radiosu və televiziyası dəfələrlə bu mahnını səsləndırdı. Nə qədər mək­tub­lar aldıq. Bizi sevənlər bu janrda fəaliyyətimizi davam etdirməyə məsləhət görürdülər. Yaxşı ki, bəstəkarlarımız belə bir vaxtda bizə kömək əllərını uzatdılar. Du­et re­per­tu­arımız qısa müddət ərzində zənginləşdi. Bəstəkarlardan Emin Sa­bıt­oğ­lu­nun “De­yiş­mə”, Oqtay Kazımovun “Məhəbbət dueti”, “Gecəniz xeyrə qalsın”, Nə­­ri­man Məm­mədovun “Dağlarda” mahnıları repertuarımızı zənginləşdirdi. Cox kec­mədi ki, bizim iştirakımızla Azər­bay­can radiosu və televiziyasında “Duet axşamı”, “De­yiş­mələr” səslənməyə baş­ladı.

O günləri yaxşı xatıtlayıram. Tə­ra­nə Vəlizadə və Eyvaz Hə­sə­novun duetləri tamaşacılar tərəfindən sözün həqiqi mənasında böyük rəğbətlə qarşılanırdı.

Tələbə yoldaşım Cümşüd İskəndər fürsətdən istifadə edərək xeyli şəkillər cək­di. Həmin axşam Eyvazın bir bacarığı da məlum oldu. Onun şer yaz­ma­ğı da varmış. Bir-birindən gözəl şerlər oxudu. Kaş o şerləri də qələmə alaydıq. Cox təəssüf. Onun Təranə xanıma həsr etdiyi bir şeri bizi daha cox valeh etdi. Ey­va­zın şerlərinin dili sadə və aydın idi. Kaş onun şerlərini toplayıb cap etmək müm­­kün olaydı. O axşam Eyvazgildən böyük əhval-ruhiyyə ilə ayrıldıq. Onlar haq­qında ya­zacağım yazının planını artıq beynimdə cızmışdım. Uzün cəkmədi, ma­terialı tez hazırlayıb ərsəyə gətirdim. Sən demə, işin elə ən asan hissəsı bura qədərmiş. Problem bundan sonra başladı. O illər ölkədə cəmi-cümlətanı on yeddi-on səkkiz mərkəzi qəzet-jurnal cap olunurdu. Müxtəlif redaksiyalarda oldum, hərəsi də bir bəhanə gətirdi. Bəzən materialı götürdülər, bir müddət saxladılar, qaytardılar. Guya tez qaytara bılməzdilər. Nəhayət, növbə “Qobustan” jurnalına catdı. Sağ olsun, To­fiq Abdini materialı qəbul edib oxudu, 1və 2-ci nömrələrimiz tutulub yalnız 3-cü nömrədə verə bilərik, dedi. Jurnalın ildə cəmisi dörd dəfə cıxdığını və nöm­rə­lə­rin də mət­bə­ədə vaxtından gec cap olun­duğunu nəzərə alsaq xeyli gözləməliydik. Ra­zılaşdıq. Olsun. Material jurnalda dərc olunanda mən artıq Sibirdə, Novosibirsk şə­hərində hərbi xidmətdəydim. Tələbə yoldaşım Vasif Quliyevə xahiş etmişdim ki, jur­nal­dan üc-dörd nüsxə sax­la­sın­lar. Onunla telefon əlaqəsi saxlayanda dedi ki, təbrik edirəm, ma­terialın “Qobustan” jur­na­lı­nın 1982-cı il tarixli 3-cü nömrəsində “Yaradıcı gənclik” rubrikası altında “İki nəğ­mə birləşəndə” adı ilə dərc olunub. Mən Bakıya birdə 1984-cü ilin sentyabında qayıtdım. Eyvazla təsadüfən “Bakı” qəzetinin re­dak­siyasında görüşdük. Cox sevindi, təşəkkür elədi. - Cox axtardım səni, sonra Vasıfdən soruşdum, əsgərlikdədir, söylədi. Yazı xoşumuza gəldi, dedi. Xeyli söhbətləşdik. Dağı arana, aranı dağa qarışdırdıq. Yeni mahnılardan söhbət acdıq. Bu zəhmətkeş cütlük son iki ildə (mənim əsgərlikdə olduğum illər nəzərdə tutulur) böyük işlər görmüşdülər.  

Sonralar da ara-sıra görüşürdük. Daha əvvəlki vaxtlar deyildi. Mənim də ailə qay­ğılarım artmışdı, işim çoxalmışdı. Eyvaz yeni mahnılar üzərində işləyir, ra­di­o­da, televiziyada, ayrı-ayrı konsert zallarında cıxış edir, toy məclislərinə gedirdi. İm­kan tapan kimi cayxanada görüşüb dərdləşirdik.

Günlərin bir günü işə səhər tezdən gəlmişdim, qapını açıb iş otağıma keçdim. Te­lefon zəng çaldı, öz-özümə deyindin, səhər tezdən kimdir görəsən. Vasif idi, sə­sin­də bir narahatçılıq vardı. Bir az ordan-burdan danışdıq. Sözlü adama ox­­şa­yırdı. – Səhər-səhər sənə acı bir xəbər verim, Eyvaz Həsənov rəhmətə gedıb, dü­nən avtomobil qəzasına düşüb, dedi. Əllərim əsdi. Elə bu zaman tələbə və iş yol­da­­şım indi haqq dünyasında olan rəh­mətlik Ağasəf Məmmədov otağa gir­di. Təəccüblə üzümə baxdı. Özümü toparlayıb və­ziy­yəti ona danışdım. – Heyf, cox heyf, gözəl insan idi. Allah rəhmət eləsin, dedi.

Bir müddət özümə gələ bilmədim. Eyvazın qəfil və faciəlı ölümü hamı kimi mə­ni də sarsıtmışdı. Yaradıcılığının cicəkləndiyi bir dövrdə bu istedadlı və zəh­mət­kəş insanın ömrü yarımcıq qaldı.        

Aradan uzun illər keçib. Azərbaycan dövlət radiosunun unudulmaz müğənni Eyvaz Həsənov haqqında hazırladığı verilis bizi o günlərə qaytardı. Yenidən olub-ke­çən­lə­­ri xatırladıq, yada saldıq. Özü­nə­məx­sus səsi, sənət yolu və taleyi olan Eyvazın lent yazılarına təzədən qulaq asdıq. Və bir daha Eyvaz Həsənov sənətinin nə qədər unudulmaz, yaddaqalan olduğuna inandıq. Uca Allahdan ona rəhmət, ailə­si­nə, dost­la­rı­na, yaxınlarına və eyvazsevərlərə səbr diləyirəm.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1901
avatar

Oxşar yazılar