Heydər Əliyevin xatirəsinə musiqi gecəsi keçirildi
12 dekabr 2014 14:39 (UTC +04:00)

Heydər Əliyevin xatirəsinə musiqi gecəsi keçirildi

0

Ötən gün Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunan klassik musiqi gecəsi keçirilib. Lent.az-ın buro247.az saytına istinadən verdiyi məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxışı olub. Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Rauf Abdullayev idarə edib. Hökumət rəsmilərinin, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, Soltan Hacıbəyovun "Karvan" simfonik qravürləri, Niyazinin "Rast" simfonik muğamı və tanınmış rus bəstəkarı Dmitri Şostakoviçin 5 nömrəli simfoniyasından üçüncü hissə səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar