Mərkəzdən APA-ya verilən məlumata görə, sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 84 əsər nümayiş olunacaq.
Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu fotojurnalistikanın sütunu adlandırırlar. Anri Kartye-Bresson rəssamlıqla da məşğul olub. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib. “Magnum photos” foto agentliyinin yaradıcılarından olan Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə alıb.
Anri Kartye-Bresson 2004-cü ildə vəfat edib. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.