Heydər Əliyev Fondu muğamla bağlı kitablar çap etdirib
17 mart 2014 14:19 (UTC +04:00)

Heydər Əliyev Fondu muğamla bağlı kitablar çap etdirib

0

 

Heydər Əliyev Fondu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan muğam sənətinin tarixinə və musiqi nəzəriyyəsinə dair 7 əsərin 3 kitabda nəfis nəşrini həyata keçirib. AMEA-dan Lent.az-a verilən məlumata görə, bunlar XVII əsr alimi Əmirxan Kövkəbinin “Risalə dər müsiqi”, Mir Möhsün Nəvvabın “Elmi-musiqi”, müəllifi məlum olmayan “Behcətür-ruh”, “Muğam üstündə oxunan şeirlər”, “Risalə dər elmi-musiqi”, “Risalə dər musiqi”, “Risaleyi-musiqi” əsərləridir.

Risalələri fars dilindən Əlyazmalar İnstitutunun əməkdaşları Rauf Şeyxzamanlı və Mustafa Mailoğlu tərcümə edib.

Əsərlərin redaktorları filologiya elmləri doktorları Möhsün Nağısoylu, Nəsib Göyüşov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevadır.

Elmi məsləhətçilər filologiya üzrə elmlər doktoru Paşa Kərimov, professorlar Ramiz Zöhrabov və Canəli Əkbərovdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar