Gürcüstanın baş naziri Mirzə Fətəli Axundzadənin ev muzeyini açıb
08 may 2013 22:04 (UTC +04:00)

Gürcüstanın baş naziri Mirzə Fətəli Axundzadənin ev muzeyini açıb

Bu gün Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundzadənin bərpadan sonra ev muzeyinin açılışı həyata keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, muzeyin açılış lentini Gürcüstanın baş naziri Bidzina İvanişvili və Azərbaycanın Mədəniyyət Naziri Əbülfəs Qarayev kəsiblər. Sonra baş nazir B. İvanişvili və tədbir iştirakçıları ev muzeyinə baxıblar. Gürcüstanın baş naziri ev muzeyinin bütün otaqlarını gəzib, baş nazirə müzeyin eksponatları və görkəmli dramaturqun həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. B. İvanişvili  M.F. Axundzadənin ev əşyalarına, yazı stoluna və digər ləvazimatlara baxıb və muzeyin yenidən bərpasını bəyəndiyini söyləyib: “Bu gün biz Mirzə Fətəli Axundzadənin ev muzeyini, mədəniyyət mərkəzini açdıq. Bu, hər iki ölkə üçün əhəmiyyətlidir. Biz əlaqələrimiz və keçmiş tariximizlə fəxr edirik. Düşünürük ki, gələcəkdə də bu addımlar atılacaq və dostluğumuz daha yüksək səviyyədə olacaq”.

 

Qeyd edək ki, M. F. Axundzadənin ev muzeyi ARDNŞ-in dəstəyi ilə bərpa edilib. Muzeyin açılışında Gürcüstanın Xarici İşlər Naziri Maya Pancikidze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycanın səfiri Azər Hüseyn, mədəniyyət naziri Quram Odişariya , ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar