Gənclər günü ilə bağlı festival olacaq
25 yanvar 2014 12:37 (UTC +04:00)

Gənclər günü ilə bağlı festival olacaq

Yanvarın 26-dan fevralın 7-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"-nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və "ART Council" da olacaq.

 

Tədbirlər proqramı barədə geniş məlumat nazirliyin rəsmi saytında yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar