Gəncədə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam aləmi” adlı III Beynəlxalq Muğam Festivalı keçirilir.
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin inspektoru Bəxtiyar Muradovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, bu gün Gəncə Dövlət Dram Teatrında festivalın açılışı olub. Tədbirdə yerli ifaçılarla birgə 20-yə yaxın ölkənin musiqisevərləri iştirak edib.
Festival martın 19-dək davam edəcək.