Dövlət Gənc Tamaşaçılar Teatrı Ağcabədi şəhərində qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı kollektiv “Qarabağ” Muğam Mərkəzində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə tamaşaçılar qarşısında çıxış edib.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edib.